Şirkət haqqında

     ASE (Asia Sky Express) şirkəti 1994-cü ildə təsis edilmişdir. Bu 23 ildə biz özümüzü yükləri ölkəyə və ölkədən kənara müvəffəqiyyətlə daşıyan nəqliyyat agenti kimi tanıtmışıq.

 

     Bizim şirkətin əsas fəaliyyəti bütün nəqliyyat vasitələri ilə “qapıdan qapıya” prinsipi ilə beynəlxalq yüklərin çatdırılmasını və kuryer xidmətini təşkil etməkdir. Belə ki, Türkiyənin ASE şirkətinin filialı olaraq bu regionda rəqiblərimiz yoxdur. Şirkətimiz həmçinin Yaponiyanın OCS, 2008-ci ildən isə ABŞ-nin UTİ şirkətləri ilə onların nümayəndəlikləri kimi fəaliyyət barədə saziş imzalamışdır. OCS şirkətinin təməli 1957-ci ildən qoyulmuşdur və dünyanın yeddi ən nəhəng nəqliyyat şəbəkələrinin nümayəndələrindən biridir,bizdə onların təmsilçisi olduq.

 

     2008-ci ildə ASE Express şirkəti Microsoft, Daimler Chrysler, US Military Service kimi şirkətlərin daşınma sifarişlərini yerinə yetirən nəhəng UTI şirkətinin geniş proyektlərinə qoşulub. Dünya üzrə

 

     300-ə yaxın ofis və nümayəndəliklərimiz var.

 

     Sürətlə inkişaf edən ASE Express şirkəti yeni marşrut və istiqamətləri olan geniş xidmət siyahısı təqdim edir. Xidmətlərində yüksək keyfiyyətə zəmanət verən ASE Express şirkəti müştəriləri ilə gələcək əməkdaşlığa arxalanaraq inamla gələcəyə baxır.

Haqqımızda

О Нас

About Us