2018-cı İlin Lojistik Şirkəti

07.01.2019

Lojistika sahəsində yüksək  peşəkar və keyfiyyətli  xidmət göstərərək Beynalxalq “Caspian European Club” klubunnun “İlin Lojistik Şirkəti” mukafatına dəfələrlə laiq olan ASE Express şirkəti 2018-ci ildə də bu mükafatının sahibi oldu.

 

Yuxarıda qeyd olunmuş Caspian European Club (Caspian Business Club) sıralarında dünyanın 70 ölkəsinin 5000-dən artıq şirkət və təşkilatını birləşdirən, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində fəaliyyət göstərən ən nəhəng və dinamik inkişaf edən regional təşkilatdır.

Caspian European Club (Caspian Business Club) 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilib.

Yarandığı ilk gündən Caspian European Club-un (Caspian Business Club) sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdir.